Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə gəldi

Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə gəldi

Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə gəldi
2024-04-24 , 16:02

Aktyor Müşviq Şahverdiyev qalmaqal yaşadığı aparıcı Zaur Nəbioğlunun proqramına qatılıb. 

Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramına gələn sənətçi verilişə qatılmama səbəbini açıqlayıb:
"Zaurla dostuq, bütün filmlərimin qalasına gəlib və tərifləyib. Bəzi məqamlar var ki, həmin an çatdıra bilmirsən. Həmin vaxt bəzi məsələlər olmuşdu. Buna görə də qatılmadım. Həmin vaxt o qədər zəng vururdular ki... Heç kimə cavab vermirdim. Bir həftə, 10 gün telefonları açmadım ki, ara sakitləşsin. Yaxşı ki, Zaur zəngimə cavab vermədi, pis olacaqdı". 
Qeyd edək ki, M.Şahverdiyevin danışmaq istəmədiyi mövzu boşanması idi. Aktyor həyat yoldaşı Aynurə ilə rəsmən boşanıb. Onun bu nikahdan bir övladı var. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.