"Televiziya sən deyənlə "çalıb-oynamalıdır?"” - VİDEO
"Əgər bizim tərbiyəçimiz televiziyadırsa, onda atamızı-anamızı neyləyirik, elə hamı inkubator kimi böyüsün".
O, "televiziya tərbiyəçi rolu oynamalıdır" fikrinə qarşı çıxıb:
"Şəhərdə sorğu keçirirlər, hamı deyir, tərbiyə aşılayan verilişlərə baxmaq lazımdır.
Çoxdanıncı illərdə - televiziya, radio, sosial şəbəkələr olmayanda uşağı kim tərbiyə edirdi? Qanında xarablıq olmayanı, şəxsiyyətində pozğunluq olmayanı cəmiyyət niyə poza bilər ki?
Televiziya niyə tərbiyə yeri olmalıdır, sən deyənlə çalıb-oynamalıdır? Atamız-anamız hara baxır ki, bizi tərbiyə edir.
Tərbiyə insanın evindən gəlir. Evindən gələn köklü tərbiyəni cəmiyyət korlaya bilməz. Əgər bizim tərbiyəçimiz televiziyadırsa, onda atamızı-anamızı neynirik, elə hamı inkubator kimi böyüsün. Televizyanı da qoysunlar qabağına, desinlər, yetiş".
OXŞAR XƏBƏRLƏR