"Vəfanın işçisini polis saxlayıb" - Şəbnəmdən cavab
Müğənni Şəbnəm Tovuzlu həmkarı Vəfa Şərifovanın onun bağlı iddialarına cavab verib.
"Çox çalışdım ki, açıqlama verməyim, amma etməli idim. Dedilər ki, Vəfa əsəbiləşib, deyir, haqqıma giriblər və qanunsuz şəkildə işçimi ofisimdən götürüblər.
Nadiri qanunsuz mahnını əvvəlcə öz, sonra Vəfanın adına çevirdiyinə, yutub haqları ilə oynanıldığına, bəstəkarın haqqına girdiyinə görə Xətai Rayon Polis İdarəsi Nadiri qanuni şəkildə ofisindən aparıblar. Zəng ediblər, getməyib, polislər də qanunla aparıblar. İzahat alıblar və Vəfa necəsə olub Nadiri oradan çıxartdırıb.
Hər zaman deyirəm qanun var, burada haqsız sənsən. Qızın anası (bəstəkar - red.) iki şəhid bacısıdır. Dünən nazirliyə, lazımi yerlərə məktub yazıb ki, səsimi eşidin. Övladının haqqına girmisən. Mahnıdan deyiləm, mənim mahnım sənin kanalına şikayət edib. Biz bütün sübutları göndərmişik, araşdırılıb və saxta olanın siz olduğunuzu bildiriblər. Burada nə sənin şəxsiyyətinə toxunulub, nə də başqa bir şey. Sən kimisə vurub əzmək istəyirsən. Nə əzmə, nə də əzilmə. Mahnını yutub vurdu. Nadir də qanuni formada polislər tərəfindən aparıldı. Araşdır və artıq danışma, sənin başın ağrıyar".
Qeyd edək ki, Vəfa yutub işçisinin əvvəlcə polislər tərəfindən aparıldığını, daha sonra isə Şəbnəm tərəfindən qaçırıldığını iddia edib. İfaçılar arasında qalmaqala isə "Sən olan yer cənnətdir" mahnısı səbəb olub.
OXŞAR XƏBƏRLƏR