Baləlinin muğam oxuması xanəndəni əsəbiləşdirdi
Xalq artisti Zabit Nəbizadə efirdə əsəbiləşib.
“Bəli, mən meyxanaçıların efirdə muğam oxumasına qəti şəkildə narazıyam. Musiqili meyxananı ilk dəfə, Allah rəhmət eləsin, Nizami Rəmzi deyib. Amma o mahnı oxumurdu.
Meyxanaçı var ki, yalnız mahnı oxuyur və deyir ki, məni verilişə meyxanaçılarla deyil müğənnilərlə efirə çağır. O meyxanaçı hansısa bir muğamın şöbəsini oxuyub. Olub da hansısa bir efirdə. Mənə bu haqda dedilər, cavab verdim ki, görməmişəm, amma bu olub.
Oxusunlar, mən bir şey demirəm. Amma belə də olur ki, muğam oxuyana verilişlərdə deyirlər ki, mahnı oxu. Verilişini apar və bu mövzunu çox uzatma. Mən bunları qəbul etmirəm. Onlar muğam oxuyanda balans pozulur. Bu, şəxsi fikrimdir”.
Qeyd edək ki, meyxanaçılar Baləli və Ruslan “Xəzər axşamı” verilişində muğam oxuyublar. Onların bu addımı isə həm cəmiyyət üzvləri həmdə sosial şəbəkə əhli tərəfindən birmənalı qarşılanmayıb.
OXŞAR XƏBƏRLƏR