Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Mənzurə estetik əməliyyatından narazı qaldı - "7 saat "narkoz"da qaldım ki..." - VİDEO

Mənzurə estetik əməliyyatından narazı qaldı - "7 saat "narkoz"da qaldım ki..." - VİDEO

Mənzurə estetik əməliyyatından narazı qaldı -
2024-12-03 , 12:37

Müğənni Mənzurə Musayeva 4 ay əvvəl keçirdiyi plastik əməliyyatından söz açıb. 

Yenilik.az olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Qonaqcanlı" verilişində danışıb. 
Musayeva üzgərmə əməliyyatından narazı qaldığını ifadə edib: 
"Mən keçirdiyim plastik əməliyyatdan sonra üzümdə bir dəyişiklik hiss eləmirəm. Üzüm hər zaman gəşəng olub. Yalandan üzümə botoks etdirirdim. Üzüm gözəl idi. Sadəcə yüngülvari dedim, oyan-buyan... Nəisə... Əməliyyatdan sonra istədiyim o effekti görmədim. Məni əməliyyat edən həkim söyləyir ki, üzün hələ də şişdir. Amma mənə elə gəlir ki, şiş yoxdur. Əməliyyatımdan 4 ay vaxt keçib. O deyir ki, 2 aydan sonra yanıma gələrsən. Narazılığın varsa onda bildirərsən. Düşünürdüm ki, üzüm daha da dartılacaq. Üzgərməyə nə deyirlər? Əgər üzüm əvvəlki kimi qalacaqdırsa, əməliyyat niyə etdirirdim ki? (gülür) 7 saat mən narkozda olmuşam. Adamdan soruşarlar ki, sən 7 saat nə edirdin?"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.