Yenilik.Az
www.Yenilik.Az » Maqazin » İlhamə Elşadqızı saxlanıldı

İlhamə Elşadqızı saxlanıldı

İlhamə Elşadqızı saxlanıldı
2024-12-24 , 15:55

"TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.


APA xəbər verir ki, bu tədbirlər çərçivəsində şair İlhamə Elşadqızı saxlanılıb.
Onun polisin keçirdiyi əməliyyat nəticəsində saxlandığı bildirilir.

Qeyd edək ki, vətəndaşların narazılığına səbəb olan emin_resad” və "azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində "emin_resad” adlı "TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, "azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şair İlhamə Elşadqızı "azerzahid6669966” adlı istifadəçi tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.