Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "De, gəlsin" qayıdır - FOTO

"De, gəlsin" qayıdır - FOTO

2025-01-30 , 14:18

İllər əvvəl fəaliyyəti dayandırılmış ANS kanalında yayımlanan "De, gəlsin" meyxana yarışması yenidən ekrana qayıdır.

Bu barədə aktyor Elcan Rəsulov sosial şəbəkədə bildirib. O, aparıcı Emin Əfəndi ilə fotosunu izləyiciləri bölüşərək bunları yazıb:
"Tezliklə "De, gəlsin" olacaq. Əfsanəvi proyekt yeni stildə, dizaynda, müasir formatda və sintezatorsuz meyxana olacaq. Yalnız sözə üstünlük veriləcək. Ona görə söz bilənlər hazır olsun".
Qeyd edək ki, "De, gəlsin!" meyxana yarışmasının ilk aparıcısı Emin Əfəndi olub. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.