Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Kişi üçün çox pul xərclədiyi qadın qiymətlidir” - Qalmaqallı açıqlama

“Kişi üçün çox pul xərclədiyi qadın qiymətlidir” - Qalmaqallı açıqlama

“Kişi üçün çox pul xərclədiyi qadın qiymətlidir” - Qalmaqallı açıqlama
2025-02-03 , 16:47

Əməkdar artist Nigar Şabanovanın “Kişi qadına gül yox, daha bahalı hədiyyə almalıdır” sözləri birmənalı qarşılanmayıb və sosial media istifadəçiləri tərəfindən sənətçi tənqid olunub.

Aktrisa Cəmilə Tağızadə Nigar Şabanovaya dəstək olub.
O, Musavat.com-a açıqlamasında bildirib ki, kişi qadına çox pul xərcləyərsə, o qadın onun üçün qiymətli olar:
“Əvvəllər düşünürdüm ki, pul, var-dövlət, qır-qızıl önəmli deyil, əsas sevgidir. Amma ailə qurandan sonra fikrim dəyişdi. Kişi qadına çox pul, zaman xərcləyərsə, o qadın onun üçün qiymətli olar. Bu, həqiqətən belədir. Ailə həyatımda gördüm ki, nə qədər heç nə tələb etmirsən, az ilə kifayətlənirsən, qiymətin, dəyərin, hörmətin olmur. Özümə söz verdim ki, artıq diqqət, dəyər tələb edəcəyəm. Bir kişi qadının hörmətini, sevgisini qazanmaq istəyirsə, o qadına maddi və mənəvi dəstək olmalı, fiziki olaraq da yanında olmalıdır.
Əziz qadınlar, özünüzə dəyər verin. Diqqət göstərməyən kişi ilə münasibət qurmayın”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.