Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Xuraman: “150 kvadratmetrlik ev ailəmiz üçün kiçikdir” - VİDEO

Xuraman: “150 kvadratmetrlik ev ailəmiz üçün kiçikdir” - VİDEO

Xuraman: “150 kvadratmetrlik ev ailəmiz üçün kiçikdir” - VİDEO
2025-02-04 , 18:13

“Evim 3 otaqdan ibarətdir. Sahəsi isə 150 kvadratmetrdir, amma yenə də ailəmiz üçün kiçikdir. Ən çox sahəni evin qonaq otağı və giriş hissəsi tutur”.

 
Bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.
 
Evinin kiçik olduğunu söyləyən sənətçi sahəsi 300 kvadratmetrlik mənzilə köçmək istədiyini vurğulayıb:
 
“Uşaqlarımın ayrı otaqları və mənim ayrı qarderob otağım olmalıdır. 300 kvadratmetrlik bir mənzilim olsaydı əla olardı. O zaman mənim ayrı 50 kvadratlıq qarderob otağım, uşaqlarımın hərəsinə 20 kvadratlıq otaq, özümə 40 kvadratlıq yataq otağım, biraz böyük mətbəx. Mənə əslində həyət evi lazımdır. Uşaqlar üçün həyət evi daha yaxşıdır. Uşaqlarım evdə velosiped sürəndə alt qonşum səsini çıxarır. O, çox yaxşı qonşudur. Deyir ki, mənim “alçipanım” yerə düşəcək, xahiş edirəm evdə velosiped sürməyin. Düşsə siz özünüz evimi təmir edəcəksiniz”.
 
Qeyd edək ki, Xuraman Şuşalının 4 övladı var./olay
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.