Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Bred Pitt Ancelina Colidən kömək istəyir

Bred Pitt Ancelina Colidən kömək istəyir

Bred Pitt Ancelina Colidən kömək istəyir
2025-02-04 , 18:53

Aktyor Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Coliyə 21 yaşlı oğulları Paksın həyatının bir hissəsi olmağa icazə vermək xahişi ilə müraciət edib.

Oxu.Az "RadarOnline"a istinadən xəbər verir ki, B.Pitt oğlu Los-Ancelesdə qəzaya düşdükdən sonra ondan narahat olmağa başlayıb.
Belə ki, o, özünün elektriklə işləyən velosipedində avtomobilə çırpılıb. Bu, Paksın il ərzində artıq üçüncü qəzasıdır.
B.Pitt qorxur ki, oğlu eyni ruhda davam edəcək və yekunda qəza kədərli sonla bitəcək. Bu səbəbdən aktyor A.Colidən kömək istəyir və vaxtilə uşaq ilə keçirə bilmədiyi vaxtın əvəzini çıxarmaq niyyətindədir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.