Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Sevil və Sevinci oğlum almazdım”

“Sevil və Sevinci oğlum almazdım”

“Sevil və Sevinci oğlum almazdım”
2025-03-18 , 15:17

Müğənni Xatirə İslam həmkarı Sevil və Sevinc Səfərova bacıları haqda açıqlaması ilə gündəmə gəlib.


Sənətçi “Afaqla onlar” verilişində bunları deyib:

“Sevil Sevincdən xoşum gəlir. Böyük oğlum olsaydı, onları almazdım. Onlar qısa geyinirlər. İstəyirəm, gəlinim evdə otursun, qəşəng yemək bişirsin, çay dəmləsin. Yeyim, bir az kökəlim. Əkizlər o qədər gözəldilər, həmişə göz önündədirlər. Qısqanc adamam”.

Xatirə bir müddət əvvəl verdiyi “Böyük oğlum olsaydı, Aygün Bayramovanı alardım” açıqlaması haqda suala “Kimi demişəm? Xatırlamıram. Aygün Bayramova? Doğrudan? Yox, o yemək bişirən adama oxşamır, acından ölərdim. Sağ olsun. Yaxşı muğamlar oxusun” cavabını verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.