Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Nigar Fərhadla bağlı tədbir görüləcək" - Kanal S-in Baş direktor müavini

"Nigar Fərhadla bağlı tədbir görüləcək" - Kanal S-in Baş direktor müavini

2025-04-01 , 10:00

Kanal S-in efirində aparıcı Nigar Fərhadın “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb. Onun fikrini cəmiyyətin müxtəlif təbəqəli insanları, ictimai xadimlər, şəhid ailələri, cəmiyyətdə önəmli mövqeyə malik insanlar sərt tənqid edib. Onlar sosial şəbəkələrdə aparıcının sərt cəzalandırılmasını tələb ediblər.

Manset.az cəmiyyətdə ciddi rezonans doğuran bu məsələ ilə bağlı Kanal S-in Baş direktor müavini Ramin Mustafayevlə əlaqə saxlayıb.
O, açıqlamasında irəliləyən dəqiqələrdə Nigar Fərhad haqqında tədbir görüləcəyini bildirib:
"Bu barədə kanalımızın baş direktorunun da məlumatı var. Bəli, bununla bağlı tədbir görüləcək. Hələki qərarı gözləyirik".
Qeyd edək ki, Nigar Fərhad zaman-zaman qalmaqallı açıqlamaları ilə gündəmə gəlib və sərt tənqid olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.