Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Mən ucuz şey geyinirəm, siz min hoqqadan çıxırsınız..."

"Mən ucuz şey geyinirəm, siz min hoqqadan çıxırsınız..."

2025-04-09 , 16:24

Teleaparıcı Mətanət Əliverdiyeva verilişinə gələn qonaqlara xəbərdarlıq edib.

Onların nazı ilə oynamayacaqdan bezən aparıcı bu sözlərlə etirazını bildirib:
"Ay özünü dartanlar, məni də ana dünyaya gətirib, sizi də. Ola bilər ki, siz bahalı geyinirsiniz, mən ucuz şey geyinirəm. Bunun heç bir aidiyyatı yoxdur. Siz min hoqqadan çıxırsınız, mən isə heç bir hoqqadan çıxmıram. Ona görə də özünüzü dartmayın. Özümə söz vermişəm, burada kim özünü dartarsa, sizə "yaxşı yol" deyəcəyəm. Heç kimin nazını çəkən deyiləm. Mən sizə necə hörmət qoyuramsa, siz də bizim verilişimizə və komandamıza hörmət qoymalısınız".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.