Sərvət dəyərində lüks saat aldı - FOTO

Rusiyanın Xalq artisti Filipp Kirkorov paylaşımı ilə dillərə düşüb.
Filipp yayımladığı videoda bildirib ki, saat yalnız ötən cümə günü satışa buraxılıb və o dərhal bu sərvət qiymətində aksessuarı almağa nail olub.
Kirkorovun sözlərinə görə, bu saatı əldə etmək ona çox baha başa gəlib.
"Bu saatı almaq üçün dünyanı ayağa qaldırdım",- deyə sənətçi vicdanla etiraf edib.
Qeyd edək ki, bir neçə həftə əvvəl Filipp Kirkorov atasını itirdi. Rusiyanın Xalq artisti Bedros Kirkorov martın 18-də 92 yaşında vəfat edib. Ölümün səbəbi uzun müddət davam edən pnevmoniyadan yaranan ağırlaşmalar nəticəsində kəskin ürək çatışmazlığı olub. /olay.az

OXŞAR XƏBƏRLƏR