Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Tolik Rəşad Dağlının ad günündə görün nə etdi... + VİDEO/FOTO

Tolik Rəşad Dağlının ad günündə görün nə etdi... + VİDEO/FOTO

Tolik Rəşad Dağlının ad günündə görün nə etdi... + VİDEO/FOTO
2025-04-21 , 16:35

Teleaparıcı və prodüser Tarix Əliyev (Tolik) efirdə diqqətçəkən bir jestə imza atıb. O, hazırda həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlının ad gününü "Tarixin bir günü" verilişində qeyd edib.

Yenilik.az Yenisabah.az-a istinadla xəbər verir ki, verilişə Rəşad Dağlının övladları Yusif və Bətül dəvət olunub.
Eyni zamanda sənət dostları da proqramda iştirak edərək həmkarlarının doğum gününü birlikdə qeyd ediblər.
Verilişin gedişatında Rəşad Dağlının sənət yoluna qısa baxış keçirilib, onun meyxana yaradıcılığı, ədəbi-bədii dünyası və tamaşaçılarla qurduğu dərin əlaqə xüsusi vurğulanıb. Studiyada xüsusi olaraq hazırlanan tort kəsilib, qonaqlar onun haqqında xatirələrini bölüşüb, övladlarına dəstək sözləri ifadə ediblər.
Tarix Əliyev sosial media hesabında da bu doğum günü qeydini izləyiciləri ilə bölüşərək yazıb:
"Ad günün mübarək, şair! İnşallah, tez bir zamanda ad gününü ailənlə, balalarının əhatəsində keçirasan. Sən hər zaman gənclərin, yaşlıların – öz əqidənlə, tərbiyənlə, meyxananla, şeiriyyətinlə – qəlblərində olmusan. Rəşad, 41 yaşın mübarək!"
İzləyicilər həm Rəşad Dağlıya dəstək mesajları paylaşıb, həm də Tarix Əliyevin bu jestini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.