Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Ayaqqabım yox idi, efirə qaloşla çıxmışdım" - Nadir Qafarzadə

"Ayaqqabım yox idi, efirə qaloşla çıxmışdım" - Nadir Qafarzadə

2025-04-22 , 17:46

Müğənni Nadir Qafarzadə uşaqlıq illərində yaşadığı çətinlikdən danışıb.

"Xəzər axşamı" verilişində qonaq olan sənətçi 12 yaşında imkansızlıqdan efirə qaloşla gəldiyini bildirib:
"12 yaşımda atam rəhmətə gedəndən sonra AzTV-yə çəkilişə gəlməli idim. Ayaqqabım yox idi. Anam dedi ki, getmək lazımdır. Mənim proqramım var idi, oxumalıydım. Özü də yaxşı solistlərdən idim, öndə dururdum. Efirə qaloşla çıxdım. Anam operatordan xahiş etdi ki, ayağımı çəkməsin. Sabah məktəbə gedəcək, ona tənə olmasın. Operator mərhum Xalq artisti Leyla Bədirbəylinin oğlu idi. Biz bunlardan keçib gəlmişik".  (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.