Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Toyxana görməyən ifaçı sənətkar ola bilməz” - VİDEO

“Toyxana görməyən ifaçı sənətkar ola bilməz” - VİDEO

“Toyxana görməyən ifaçı sənətkar ola bilməz” - VİDEO
2025-04-22 , 17:58

“Bu sənətə gələn gündən demişəm ki, toyxana üçün yaranmışam. Çünki 42 ildir ki, sənətdəyəm və toyxanalar görmüşəm”.

Bu sözləri müğənni Manaf Ağayev “Tarixin bir günü” verilişində deyib.
Sənətçi bildirib ki, toyxana görməyən ifaçı heç zaman sənətkar ola bilməz:
“Elə xalq artistləri tanıyıram ki, toya daxil olanda heç bir şey edə bilmirlər. Sənətkarlar - Xan, Seyid, Cabbar, Arif Babayev, Dədə Süleyman də toyxanadan çıxıblar.
Toyxana görməyən adam heç vaxt sənətkar ola bilməz. Söhbət əvvəllər keçirilən toylardan gedir. Tezden saat 09:00-da gedib, gecə saat 01:00 kimi oxuyurdular. Bu cür toy oxuyanlar əsil xanəndədirlər. Bu mənim sözüm deyil. Bunu məndən əvvəllər sənətkarlar deyiblər”.   (Olay)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.