Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Omba əməliyyatı qadağan edilməlidir, ayıbdır...” - VİDEO

"Omba əməliyyatı qadağan edilməlidir, ayıbdır...” - VİDEO

2025-04-24 , 17:04

"Azərbaycanda omba əməliyyatı qadağan edilməlidir. Ayıbdır. Millət müğənninin oxumağını dinləməlidir, bədəninə baxmamalıdır".
Bu sözləri müğənni Fuad Musayev sosial şəbəkə paylaşımında yazıb.
O, MTV kanalında yayımlanan "Toylar kraliçası" proqramından görüntü yayımlayaraq, onları tənqid edib:
"İrəliləyiş var. Bu nədir, nə biabırçılıqdır? "Arvadlar kraliçası"dır. Bəlkə, yaxşı musiqiçilərdir. Amma MTV-nin adına ayıbdır. Dünyada MTV-də ən yaxşı musiqilər verirlər. Bizdə MTV budur. "Toylar kraliçası"na baxın. Mən bundan utanıram. İnkişaf edirik, hər şey əladır".

 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.