Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Seda Sayandan ETİRAF – “Dedim ki, məni al…” FOTO

Seda Sayandan ETİRAF – “Dedim ki, məni al…” FOTO

Seda Sayandan ETİRAF – “Dedim ki, məni al…” FOTO
2025-05-10 , 17:58

Məşhur müğənni və aparıcı Seda Sayan 2022-ci ildə özündən 25 yaş kiçik musiqiçi Çağlar Öktenlə ailə həyatı quraraq gündəmə damğasını vurmuşdu.

Tribunainfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cütlük arasında olan yaş fərqi uzun müddət medianın və sosial şəbəkələrin əsas müzakirə mövzusu olmuşdu.
62 yaşlı Seda Sayan Çağlar Öktenə qədər 6 dəfə ailə həyatı qurub.
Hər zaman gözəlliyini qorumaq üçün etdirdiyi estetik müdaxilələrlə diqqət çəkən sənətçi bu dəfə evliliyi ilə bağlı verdiyi səmimi açıqlamayla gündəmə gəlib.
Bir televiziya proqramında şəxsi həyatı barədə danışan Seda Sayan Çağlar Ökteni necə evliliyə razı saldığını ilk dəfə etiraf edib.
O, bu barədə belə deyib:
“Çağların ağlında evlilik yox idi. Mən ona açıq şəkildə dedim: “Belə olmaz, mənimlə evlənəcəksən, ya da heç nə olmaz. Vaxtımı alma, məni al!’”
Musavat.com

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.