Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Əməkdar artist: "Əməliyyatda həkim burnumu qırdı"

Əməkdar artist: "Əməliyyatda həkim burnumu qırdı"

Əməkdar artist:
2025-05-16 , 19:48

Əməkdar artist Nigar Şabanovanın açıqlaması marağa səbəb olub.

Etdirdiyi estetik əməliyyatlardan xeyir yerinə, ziyan görən sənətçi etirafı ilə diqqət çəkib.
"İlk dəfə burnumdakı çəpər əyriliyini əməliyyat etdirdim.16 yaşım olardı. O vaxt müasir avadanlıqlar olmadığı üçün, həkim tampunla təmizlədiyi vaxt burnumdakı qığırdağı qırmışdı. Hələ də o səs qulağımdadır. Daha sonra burnum çökdü, əyilməyə başladı.
Bildiyim qədər ölkəmizdə qalın dərili burunların əməliyyatları çətindir, çox vaxt uğursuz alınır. İkinci dəfə burnumun əyriliyin düzətlməyə getdim. Həkim qığırdaq qoymağı unutmuşdu. Yenidən burnum çökməyə başladı. 3-cü dəfə qabırğamdan çıxardıqları qığırdağı burnuma qoydular. Tam düzəltmədilər, yenə qulaqcıqlar çöküb. Nəfəs almamda problem yaranıb"./Milli.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.