Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nadir Qafarzadədən Vəfa Şərifova ilə bağlı ilginc addım

Nadir Qafarzadədən Vəfa Şərifova ilə bağlı ilginc addım

Nadir Qafarzadədən Vəfa Şərifova ilə bağlı ilginc addım
2025-06-03 , 14:18

Müğənni Nadir Qafarzadə bir müddət əvvəl tənqid etdiyi həmkarı Vəfa Şərifova ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Yenilik.az xəbər verir ki, ifaçı toylardan birində onunla birgə səhnə aldığını və səsini bəyəndiyini deyib:
“Ötən gün Xaldanda bir toyda Vəfa Şərifova da iştirak edirdi. Vəfanın orada oxumasına şahid oldum. Və dedim ki, niyə də olmasın? Yaxşı ifadırsa, canlı oxuyursa, buna dəstək olmaq lazımdır. Dünən pis nəyinsə şahidi olmadım”.
 
N.Qafarzadə V.Şərifova ilə toyda oxuduğu anları da sosial media hesabında yayımlayıb. Lakin o, daha sonra paylaşımlarını silib.
 
Qeyd edək ki, bir müddət əvvəl müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında “Cənnətimsən” mahnısı üstündə qalmaqal yaşanmışdı. Qafarzadə buna münasibət bildirərək ifaçıların oxuduğu mahnını Azərbaycan musiqisi üçün utancverici adlandırmışdı.  (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.