Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Toydan sonra buna əhd eləmişdim...” - Aynişanın peşmanlığı + VİDEO

“Toydan sonra buna əhd eləmişdim...” - Aynişanın peşmanlığı + VİDEO

“Toydan sonra buna əhd eləmişdim...” - Aynişanın peşmanlığı + VİDEO
2025-06-12 , 14:17

Əməkdar artist Aybəniz Haşımovanın qızı, tanınmış bloqer Aynişan Quliyeva hazırda İtaliyadadır. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Aynişan paylaşımında rəfiqəsinin toyundan sonra qlütensiz qidalanmaq vədini pozduğunu bildirib:
“Əhd eləmişdim toydan sonra qlüten yeməyə… İndi şişəcəyəm şişə bildiyim qədər, şişib-şişib elə uçacam Bakıya” – deyə o, paylaşımında zarafatla qeyd edib.
Paylaşımda müxtəlif desertlərin yer aldığı görüntülər də yer alıb.
Qeyd edək ki, İtaliyada – Komo gölü ətrafında ötən gün azərbaycanlı bloqer Nəcibə Əhmədlinin (Nadjiba) toy mərasimi baş tutub. Nəcibə Qədir Şirinov adlı bəylə ailə qurub.
Toya Aynişan Quliyeva ilə yanaşı, Azərbaycandan olan digər bloqerlər də qatılıblar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.