Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Maraqlanırdılar ki, nə vaxt öləcəm"

"Maraqlanırdılar ki, nə vaxt öləcəm"

2025-07-17 , 14:41

"Çoxları yazır ki, Allah ona rəhmət eləsin. Bu gün Allah mənə güc verdi, verilişə gəldim. Çoxları yanıma gəldi, zəng vurdular. Allah hamısının canını sağ eləsin. Çoxları da soruşurdular ki, necədir? Bilirsiniz nə ilə maraqlanırdılar? Görək bu nə vaxt öləcək".

Bu sözləri Xalq artisti Fatma Mahmudova "Həmin Zaur" verilişində deyib. Aktrisa bildirib ki, hazırda səhhəti ilə bağlı işə getmir:
"Hazırda teatra getmirəm. Səhhətim əl vermir. Amma rəhbərliyimiz sağ olsun. Bütün rollar yadımdadır. Ağlım, huşum başımdadır. Bu xəstəliyi düşmənimə də arzulamıram. Amma nə yaxşı ki, Allah məni belə xəstələndirdi. Çoxlarını tanıdım. Pis hesab etdiklərimin hamısı yanımda oldu. Yaxşılığım keçən insanların birini də yanımda görmədim".
Qeyd edək ki, Fatma Mahmudova ötən il insult keçirib. (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.