Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Yaşar Nurinin qızı açıq-saçıq geyimi ilə gündəmdə - Təmtəraqlı istirahətdən imtina etdi + VİDEO

Yaşar Nurinin qızı açıq-saçıq geyimi ilə gündəmdə - Təmtəraqlı istirahətdən imtina etdi + VİDEO

Yaşar Nurinin qızı açıq-saçıq geyimi ilə gündəmdə - Təmtəraqlı istirahətdən imtina etdi + VİDEO
2025-07-22 , 17:17

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuri yay istirahətini xaricdə deyil, atasının xatirələrinin yaşadığı məkanda - Novxanıda yerləşən bağ evində keçirir.O, bu barədə sosial media hesabında paylaşım edib.

Ülkər Nuri şəxsi istirahətini təmtəraqlı məkanlarda deyil, atasına bağlı olduğu evdə keçirməyi üstün tutub. O, Yaşar Nurinin illərlə yaşadığı və bir çox sənət nümunələrinin ərsəyə gəldiyi bağ evinə üz tutaraq həm dincəlir, həm də ailə yadigarları ilə vaxt keçirir. 
Sosial şəbəkədə paylaşdığı açıq-saçıq geyimdə istirahət fotoları isə izləyicilər arasında maraqla qarşılanıb. Ülkər Nurinin bu cür rahat və sərbəst tərzi bəzilərinin tənqidinə səbəb olub.
Qeyd edək ki, bir neçə il əvvəl Xalq artistinin Novxanıda yerləşən həmin bağ evində xoşagəlməz hadisə baş vermişdi. Məlumata görə, evin bir otağında yaradılmış kiçik Ev Muzeyindən Yaşar Nuriyə məxsus bir sıra şəxsi əşyalar oğurlanmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.