Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “4 uşaq doğmuşam, mənə bax, bir də ona!” – Rəqsanədən Ayselə açıq mesaj + VİDEO

“4 uşaq doğmuşam, mənə bax, bir də ona!” – Rəqsanədən Ayselə açıq mesaj + VİDEO

“4 uşaq doğmuşam, mənə bax, bir də ona!” – Rəqsanədən Ayselə açıq mesaj + VİDEO
2025-07-25 , 15:18

Müğənni Rəqsanə İsmayılova “Dream Feast” layihəsində iştirak edən həmkarları Nigar Camal və Aysel Teymurzadəni tənqid edib.

Yenisabah.az xəbər verir ki, sənətçi bu barədə sosial mediada açdığı canlı yayım zamanı danışıb. O, hər iki ifaçının proqramdakı görünüşünü və çıxışlarını bəyənmədiyini bildirib:
“Nigar Camal cavan qızdır. Budları nə boydadır. Nigarı çox istəyirəm, amma bəyənmədim. Xoşuma gəlmədi”. 
Rəqsanə Aysel Teymurzadə ilə bağlı da sərt fikirlər səsləndirib:
“Aysel artıq arvadlaşıb. Mən də 4 uşaq doğmuşam. Mənə bax, bir də ona bax. Aysel əvvəllər ətli-canlı idi, amma doğuşdan sonra özünü daha da "buraxıb". Bacı, nahaq çıxıb, özünü biabır etdin”.
Müğənninin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hamı Rəqsanəni fikirlərinə görə tənqid atəşinə tutub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.