Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nazpəri Dostəliyeva səhnədən gedir

Nazpəri Dostəliyeva səhnədən gedir

Nazpəri Dostəliyeva səhnədən gedir
2025-09-02 , 15:03

Xalq artisti Nazpəri Dostəliyeva səhnədən getməyə hazırlaşır.

 
Pravda.az xəbər verir ki, o bu barədə “Həftənin qonağı” verilişində danışıb.
 
“Hər gün oyananda Allahıma dua edirəm ki, məni övladıma tez qovuşdursun. Ansamblın uşaqlarını yığıb “Əlvida” adlı konsertimi verib, sənətimdən uzaqlaşmaq istədim. Mənə heç kim kömək etmədi. Hər kəs qarşı çıxdı. Yəqin ki, bir azdan məni sevənlərə “Əlvida” deyib, gözəl bir konsert edib, səhnədən uzaqlaşacağam. Hərdən Allaha çığırmaq istəyirəm ki, mən niyə bu səhnədəyəm...” – o bildirib.
 
Xatırlatma: Nazpəri Dostəliyevanın oğlu Əli Quliyev 2021-ci ildə 41 yaşında vəfat etmişdi.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.