Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Tolik 5 aylıq qızını göstərdi – Foto

Tolik 5 aylıq qızını göstərdi – Foto

Tolik 5 aylıq qızını göstərdi – Foto
2025-09-03 , 15:47

Tanınmış prodüsser Tarix Əliyev (Tolik) qızının 5 ayını qeyd edib.

Tarix Əliyev sosial şəbəkə hesablarında qızı ilə şəkillərini paylaşıb. O bildirib ki, dostunun qardaşı dünyasını dəyişdiyi üçün tədbir keçirməyib:
“Ayın 27-də Milananın 5 ayı tamam oldu. Amma düzünü deyim, heç qeyd etmədim, tort kəsdim. Çünki dostum Könülün qardaşı dünyasını dəyişib, ona görə həmin gün şəkil də paylaşmaq istəmədim. Yenə də düşündüm ki, bu şəkilləri bölüşüm. Axı dostluq həm də çətin günlərdə lazım olur. Dostluğa yalnız sözlə yox, əməl ilə də dəyər vermək gərəkdir. Allah mənim yaxşı dostlarımı qorusun, heç vaxt kədər görməsinlər, daim xoşbəxt olsunlar. Allah həm də onların balalarını qorusun. Bütün balalari qorusun”.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.