Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı
2025-09-10 , 17:03

Azərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun Rusiyanın paytaxtı Moskvada yerləşən "Aviapark" Ticarət Mərkəzindəki "Forte Bello", "Zafferano" və "Edoko" restoranları "AgalarovRest" şirkətinin diqqətini müstəqil layihələrə yönəltmək planları ilə əlaqədar bağlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a "Agalarov Development" şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bundan əvvəl "Aviapark" Ticarət Mərkəzində üç restoranın bağlanması barədə məlumat yayılmışdı.
"AgalarovRest"in hazırkı strategiyasının bir hissəsi olaraq, şirkət diqqətini ticarət mərkəzlərində yerləşən obyektlərdən müstəqil layihələrə çevirir", - "Agalarov Development"dən bildirilib.
"NF Group"un ticarət əmlakı departamentinin regional direktoru Yevgeniya Xakberdiyevanın sözlərinə görə, Emin Ağalarovun təkcə "Aviapark"da deyil, digər yerlərdə də restoranları bağlanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.