Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ayan Balakişiyeva: “Hər zaman arzuolunan qadın olmuşam”

Ayan Balakişiyeva: “Hər zaman arzuolunan qadın olmuşam”

Ayan Balakişiyeva: “Hər zaman arzuolunan qadın olmuşam”
2025-09-12 , 14:15

Bir müddət öncə boşanma xəbəri ilə gündəmə gələn müğənni Ayan Balakişiyeva şəxsi həyatı barədə verdiyi yeni açıqlamalarla yenidən diqqət çəkib.

 
Pravda.az xəbər verir ki, “Günə Uğurla” verilişində qonaq olan müğənni hazırda subay olmadığını deyib.
 
“Kim deyir ki, həyatımda bir bəy yoxdur? Mən subay deyiləm. Hər zaman sevilmişəm. Hər zaman arzuolunan qadın olmuşam. Bilirəm, bu sözlərimə görə qıcıq da yaradıram. Deyim ki, hər zaman xoşbəxt olmuşam, yox. Düşünmüşəm ki, həyatımda doğru insan var, onun üçün addım atmalıyam. Atanda isə görmüşəm ki, yox, tanımamışam, doğru seçim deyil. Uzaqlaşmaq çətin olub, amma çalışmışam ki, hər zaman insani tərəfdən bitirim. Deyəndə “xoşbəxtəm”, deyirlər ki, bu qız özünü yalandan xoşbəxt göstərir. Xoşbəxtlik hər zaman davam etmir, müəyyən aralıqlarla. O gün dedim ki, xoşbəxtəm, göz dəydi, dalaşdıq. Toy nədir? Elə şey yoxdur. Oldu, bəsdir. Lazım deyil”, - o bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.