Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Bunu bilsəniz, dəhşətə gələrsiniz" - VİDEO

"Bunu bilsəniz, dəhşətə gələrsiniz" - VİDEO

2025-09-22 , 15:50

"Heç kimlə ünsiyyətim yoxdur. Özümə qadağa qoymuşam. Özümə qoyduğum qadağaları görsəniz, dəhşətə gələrsiniz".

Bu sözləri müğənni Mətanət Əsədova "Gün ortası" verilişində deyib.
Sənətçi özünə qoyduğu qadağadan danışıb:
"Zamanında bu səhnəyə sevinərək addım atdık. Nə anaya, nə ataya, nə də yaxınlara vaxt ayırdıq. Bütün günü efir, toy, çəkilişlər, məclis... Ayıldıq ki, valideyn yatağa düşdü, yanında ola bilmədik. İndi nə ana, nə ata var. Kim biləcək qədrimizi? Ona görə də çəkilirik kənara. Bəsdirin, sağlamlığıma nə qədər zərbə vuruldu. İnsanlığımdan, düzlüyümdən, mədəniyyətimdən istifadə edildi. İndi bu imkanı heç kimə vermərəm. Həm musiqi, həm də başqa aləmdəki adamlardan uzağam".  (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.