Yenilik.Az
www.Yenilik.Az » Maqazin » İllərdir yataq xəstəsi olan Ağakərimin səhhəti necədir?

İllərdir yataq xəstəsi olan Ağakərimin səhhəti necədir?

İllərdir yataq xəstəsi olan Ağakərimin səhhəti necədir?
2025-09-23 , 15:54

Oğlu Kamil Kərimoğlu illərdir yataq xəstəsi olan meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən danışıb.

Axşam.az-a açıqlama verən Kamil atasının həkim nəzarətində olduğunu bildirib. O qeyd edib ki, atasının səhhətində heç bir irəliləyiş yoxdur:
"Atamın səhhəti necə var elə də qalır. Heç bir irəliləyiş yoxdur. Həkimlər nəzarətdə saxlayır. Nəzarət edilir ki, geriləmə olmasın. Heç kimlə danışmır, insanları tanımır. Çox nadir halda nəsə deyər. Biz də onun sağalmasını istəyirik. Amma nə edək".
Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.