Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ofelya aparıcı ilə "qırğına çıxdı": stəkanı yerə çırparaq sındırdı - VİDEO

Ofelya aparıcı ilə "qırğına çıxdı": stəkanı yerə çırparaq sındırdı - VİDEO

Ofelya aparıcı ilə
2025-09-30 , 15:27

Müğənni Ofelya Şabanova qonaq olduğu Space TV-də canlı yayım zamanı əsəbiləşərək özündən çıxıb.

Yenilik.az Milli.az-a istinadla xəbər verir ki, verilişə daxil olan telefon zəngində onun qardaşı ilə bağlı səsləndirilən iddialar ifaçının kəskin etirazına səbəb olub.

Hadisədən sonra kulisdə gərginlik davam edib. İfaçı əsəbi halda aparıcı ilə mübahisə edib və əlindəki stəkanı yerə çırparaq sındırıb.

Məlumata görə, mübahisə daha da böyüdüyü üçün Ofelya Şabanova studiyanı tərk edib. Hadisənin görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.