Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Əməkdar artist Cabir İmanovun vəfatına görə konsertini təxirə saldı

Əməkdar artist Cabir İmanovun vəfatına görə konsertini təxirə saldı

Əməkdar artist Cabir İmanovun vəfatına görə konsertini təxirə saldı
2025-10-03 , 16:51

"Cabir müəllimin vəfatı məni çox sarsıtdı. Onun yeddisi çıxmamış konsert verə bilmərəm".

 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Əməkdar artist Aybəniz Haşımova deyib.
 
O, 7 oktyabrda Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Evində təşkil olunan konsertinin təxirə düşdüyünü bildirib:
 
"7 oktyabrda Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Evində konsertimiz baş tutacaqdı. Üzülərək bildirmək istəyirəm ki, konserti təxirə salmaq qərarı almışam. Çünki Cabir İmanovun vəfatı məni çox sarsıtdı. Günlərdir çox pisəm və konsert verəcək gücü özümdə toplaya bilmirəm. Konsertin vaxtını dəyişmişik, inşallah dəqiqləşəndə sevənlərimə məlumat verəcəyəm.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.