Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz" - Video

"Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz" - Video

2025-10-03 , 17:59

"Diana həyatını bomba yaşayır. Bacarırsınız, siz də yaşayın. Sabah dünyada insanları silsəslər, Diana kimilər, varlılar yox, sizin kimi kasıb təbəqə ölməli olacaq. Varlılar ölməyəcək".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə canlı yayımda olarkən deyib. O, izləyicilərinin sosial şəbəkədə varlı həyat tərzi ilə tanınan keçmiş model Diana Əhədpurla bağlı yazdıqlarına reaksiya verib:
"Onların dərdini çəkməyin. Sizin kimi oturub düşünmür ki, görəsən gələn ay uşağın hazırlıq pulunu necə ödəyəcəyəm? Kirayə haqqını bu ay ödədim, gələn ay necə olacaq? Cinayət törətməmək şərti ilə, pul qazanmaq üçün nə etsəniz mübahdır. Elə zəmanədə yaşayırıq ki, pul qazanmalısan. Qazanmadın vay halına".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.