Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Fotoşopla incə görünmək istədi - gülüş doğurdu - VİDEO

Fotoşopla incə görünmək istədi - gülüş doğurdu - VİDEO

Fotoşopla incə görünmək istədi - gülüş doğurdu - VİDEO
2025-10-07 , 16:05

Müğənni İradə Mehri arıqdüşmüş görünmək və daha incə belli olmaq istəyərkən xoşagəlməz vəziyyətlə üzləşib.

Milli.Az xəbər verir ki, sosial şəbəkədə paylaşdığı görüntülərin birində istifadə etdiyi redaktə proqramı düzgün işləmədiyindən, bədəninin müxtəlif nahiyələri təhrif olunmuş formada görünüb. Bu isə müğənninin bədən quruluşunu təbii gözəllikdən uzaq, eybəcər hala salıb.
İzləyicilər həmin görüntüləri fərq edərək, videoya müxtəlif şərhlər yazıblar. Bəziləri müğənnini tənqid edib, bəziləri isə bunu sadəcə uğursuz redaktə kimi qiymətləndiriblər.
Qeyd edək ki, son zamanlar bir çox məşhurun sosial şəbəkədə ideal görünmək üçün proqramlardan istifadə etməsi və nəticədə oxşar xoşagəlməz hallarla gündəmə gəlməsi adi hal alıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.