Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Toya gedən müğənnilər o vaxt "qara siyahı"ya düşürdü"

"Toya gedən müğənnilər o vaxt "qara siyahı"ya düşürdü"

2025-10-08 , 17:55

Əməkdar artist Şəbnəm Tapdıq heç vaxt toya getmədiyini açıqlayıb.

Bu barədə müğənni "Xəzər axşamı" verilişində danışıb. O bildirib ki, illər əvvəl toya gedən müğənnilərin adı AzTV-də "qara siyahı"ya salınırdı:
"Mən heç vaxt toya getməmişəm. Bizim dövrdə təkcə AzTV 1 kanalı var idi. O vaxt toya gedənlərin adı "qara siyahı"ya düşürdü. Bizi məclislərə getməyə qoymurdular. Mənə demişdilər ki, toya getdin, işlərimizi pozdun. Çox çağırırdılar, amma mən toya getməmişdim. İndi də çağırırlar, amma öz yerimə başqasını göndərirəm. Ona verilən məbləğin bir hissəsini mənə verirlər". (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.