Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nadir: “4 ildə bir dəfə də oğlumun evində qalmamışam”

Nadir: “4 ildə bir dəfə də oğlumun evində qalmamışam”

Nadir: “4 ildə bir dəfə də oğlumun evində qalmamışam”
2025-10-10 , 15:19

Nadir Qafarzadə gəlininin ona xoş münasibətlə yanaşmasından danışıb. Müğənni "Qonaqcanlı" verilişində deyib:

"Mənə hər dəfə yazır, yaxşı ki qayınatamsız. Həmişə mənə xoş sözlər yazır. Onun nə qədər xoşbəxt olduğunu hiss edirəm. Allah onu xoşbəxt etsin. Biz sadəcə vasitəçiyik".  
İfaçı bildirib ki, övladları ondan ayrı yaşayır:
"Hər 2 oğlum ayrı yaşayır. Gəncləri rahat buraxmaq lazımdır. 4 ildə bir dəfə onların evində qalmamışam. Nə qədər desələr də, qala bilmirəm, uzağı 2 saat otururam. Saat 12-yə kimi oturub, evə qayıdıram evə. Zəhlətökməyi xoşlamıram".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.