Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Rəqsanə həbsdən öncə bu müğənninin mahnısını oxumasına qadağa qoydurub - yenidən pul ödəyib

Rəqsanə həbsdən öncə bu müğənninin mahnısını oxumasına qadağa qoydurub - yenidən pul ödəyib

Rəqsanə həbsdən öncə bu müğənninin mahnısını oxumasına qadağa qoydurub - yenidən pul ödəyib
2025-10-16 , 14:56

Hazırda həbsdə olan müğənni Rəqsanə İsmayılova ilə bağlı gözlənilməz fakt üzə çıxıb.

Məlum olub ki, sənətçi gənc həmkarı Nuranın mahnısını ifa etməməsi üçün mahnının müəllifinə yenidən pul ödəyib.
Milli.Az xəbər verir ki, iddialara görə, Rəqsanə müəlliflə razılığa gələrək Nuranın həmin mahnını oxumağına qadağa qoydurub. Məsələ efirdə müzakirə olunarkən həm sənət camiəsində, həm də sosial şəbəkələrdə müzakirələr yaradıb.
Qeyd edək ki,Rəqsanə İsmayılovanın barəsində avqustun 16-da 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. O, iki nəfər zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.