Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ağamirzə: “Rəşad Dağlı ilə görüşə bilmərik, çünki…”

Ağamirzə: “Rəşad Dağlı ilə görüşə bilmərik, çünki…”

Ağamirzə: “Rəşad Dağlı ilə görüşə bilmərik, çünki…”
2025-10-29 , 13:32

“Rəşadla bağlı ancaq ailə üzvləri vasitəsi ilə məlumat alırıq”.


Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov həbsdə olan həmkarı Rəşad Dağlının səhhətində yaranmış problemdən danışarkən deyib.

Meyxanaçı həmkarının əməliyyat olunmasını sosial şəbəkədən xəbər tutub:

“Onun səhhətində yaranmış problemdən xəbərsizəm. Hansı səbəbdən əməliyyat olunduğunu bilmirəm. Görüşə ancaq ailə üzvlərinə icazə verilir. Biz istəsək də, onunla görüşə bilmərik, çünki qanun buna yol vermir. Rəşadla bağlı ancaq ailə üzvləri vasitəsi ilə məlumat alırıq, səhhəti ilə maraqlanırıq”.

Qeyd edək ki, bu günlərdə həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlının səhhətində problem yaranıb. Meyxanaçı tibb məntəqəsində əməliyyat olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.