Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ofelya Şabanova canlı yayımda elçilik etdi - VİDEO

Ofelya Şabanova canlı yayımda elçilik etdi - VİDEO

Ofelya Şabanova canlı yayımda elçilik etdi - VİDEO
2025-11-05 , 16:51

Müğənni Ofelya Şabanova canlı yayımda qardaşı üçün elçilik edib.


Yenilik.az xəbər verir ki, ifaçı "Kanal S"-də yayımlanan “Aysu ilə şou” verilişində aparıcı Aysunu qardaşına istədiyini açıqlayıb.

“Aysu, bir şey deyəcəm sənə, mən bunu gizlədə bilmərəm. Ailə quracaq yaşdasan, tez də istəmərəm, amma bu yaşda olar. Böyüklərimizdən üzr istəyirəm, amma elçiliyi birbaşa 10 milyonun qarşısında edirəm. Mən çox istəyərdim ki, qardaşımın xanımı olasan. Həqiqətən Aysudan çox xoşum gəlir, çox mədəni bir xanımdır. Ona görə də gizlədə bilməzdim. İstəyərdim ki, Aysu mənim gəlinim olsun”, - deyə o qeyd edib.

Aparıcı Aysu isə buna ayrıca cavab verəcəyini bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.