Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Mənzurə Musayeva avtomobil qəzası keçirdi

Mənzurə Musayeva avtomobil qəzası keçirdi

Mənzurə Musayeva avtomobil qəzası keçirdi
2025-11-06 , 16:03

"Çox ciddi qəza idi, amma Allaha şükür olsun ki, özümə ciddi xəsarət dəyməyib".

Yenilik.az xəbər verir ki, bunu azxeber.com-a açıqlamasında avtomobil qəzasına düşən müğənni Mənzurə Musayeva bildirib.
O, zərərin məbləğinin yüksək olduğunu deyib:
"Çox ciddi qəza idi, amma Allaha şükür olsun ki, özümə ciddi xəsarət dəyməyib. Hadisə Zərifə Əliyeva adına göz xəstəxanasının yanında baş verib. Maşına ciddi ziyan dəyib, məbləğ olduqca yüksəkdir. Allaha şükür ki, özümə heç nə olmayıb. Dəymiş ziyanın məbləği hələ ki, tam dəqiq məlum deyil. O sığorta şirkətinin hesablamasından sonra müəyyən olunacaq. Amma az deyil. Məni sevənlər narahat olmasın, yaxşıyam".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.