Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Güneldən İstanbulda müzakirə yaradan qərara etiraz - FOTO

Güneldən İstanbulda müzakirə yaradan qərara etiraz - FOTO

Güneldən İstanbulda müzakirə yaradan qərara etiraz - FOTO
2025-11-26 , 18:19

İstanbulda küçə itlərinin yemlənməsinin qarşısını alan qərarın qəbul edilməsi ölkədə böyük rezonans doğurub.
Məsələyə münasibət bildiriənlər arasında müğənni Günel Zeynalova da yer alıb. 
"Həqiqətən axmaqlıqdır. Allahın yaratdığı dilsiz canlılardır. Onlar bizdən daha mərhəmətli, sadiq və sevgi doludurlar. Tez öldürün, yaşamasınlar! Çünki hürürlər. Qovun, vurun, bəsləməyin açıqlaması nədir belə? Robot buraxın, məqsəd budur" deyə, Günel yazıb.
Qeyd edək ki, İstanbul valisi Davut Gülün imzaladığı "küçə heyvanları" ilə bağlı bəyanata görə, "Sahibsiz itlərin toplanması, qısırlaşdırılmalı və reabilitasiya prosesləri sürətləndirilməli və itlərin sığınacaqlara - təbii yaşayış yerlərinə köçürülməsi mövcud qanunvericiliyin müddəalarına uyğun olaraq təcili olaraq həyata keçirilməlidir. Sahibsiz itlərin nəzarətsiz yemlənməsinə icazə verilməməlidir" deyə, bildirilib. Bu da ölkə əhalisi tərəfindən kəskin tənqidlərlə qarşılanıb. (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.