Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

2025-11-28 , 08:01

Müğənni Vəfa Şərifova açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, "Rəngarəng" verilişində qonaq olan sənətçi özünü yaxşı ana hesab etmədiyini deyib.
Onun sözlərinə görə, övladı üçün istədiyi qədər nələrsə etməyə vaxt tapa bilmir:
"Yaxşı ana olduğumu düşünmürəm. Övladım üçün istədiyimi edə bilmirəm, vaxt çatdıra bilmirəm".
Şərifova həmçinin həyat yoldaşına olan münasibətindən danışıb:
"Həyat yoldaşıma çox sadiq insanam. Dünya dağılar, ölərəm - həyatımda olan insana xəyanət etmərəm. Amma kaprizlərim çoxdur və kinim var. Elə şeylər var ki, mənə olunmamalıdır. Edilibsə, keçmirəm".
Müğənninin bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.