Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Serdar Ortaç son görünüşü ilə pərəstişkarlarını üzdü - FOTO

Serdar Ortaç son görünüşü ilə pərəstişkarlarını üzdü - FOTO

Serdar Ortaç son görünüşü ilə pərəstişkarlarını üzdü - FOTO
2025-12-06 , 08:11

MS (Multipl Skleroz) xəstəliyi ilə uzun müddətdir mübarizə aparan məşhur türkiyəli müğənni Serdar Ortaç son konsertində səhnəyə çıxarkən çətin anlar yaşayıb. Səhnəyə köməkçilərin dəstəyi ilə çıxan sənətçinin çətinliklə yeriməsi sosial şəbəkələrdə narahatlıq yaradıb.
Milli.Az xəbər verir ki, müğənninin konsert zamanı yorğunluğu və addımlarındakı qeyri-sabitlik kameralara əks olunub.
Hazırda müğənninin vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.
Serdar Ortaç illərdir MS xəstəliyinin yaratdığı əzələ zəifliyi, balans pozuntusu və yorğunluq kimi simptomlarla mübarizə aparır. Müğənni daha əvvəl verdiyi açıqlamalarda müalicəsini davam etdirdiyini bildirmişdi.




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.