Rəqsanənin evlilik marafonu - Müğənni neçə dəfə ailəli olub?
Ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova dekabrın 16-da, həbsdən sonra ilk solo konsertini verib. Konsert zamanı ifaçı həyat yoldaşı Fazil Əmiraslanovla ayrıldıqlarını bildirib.
R.İsmayılovanın bu çıxışı onun evlilik tarixini də gündəmə gətirib.
“Yeni Sabah” müğənninin evlilikləri haqqında materialı təqdim edir:
Müğənnini ilk evliliyi Yaşar adlı bəylə olub. Onun bu evlilikdən qızı Aysun İsmayılova dünyaya gəlib. İfaçı müsahibələrində qızının atası haqqında danışaraq bildirib:
“Aysunun atası qarmon çalan olub. Amma ailəyə, uşağa baxan adam deyildi. Dörd il əzab-əziyyətə, yoxsulluğa dözdüm. İçki içib evdə dava salırdı. Balon və yorğanları satıb evə baxırdım. Keçmişi unutmuram. Moskvaya getdik, dərman içdim, özümü öldürmək istədim”.
Aysun İsmayılova isə açıqlamalarından birində 14 yaşı olanda atasını tapdığını, lakin onu qəbul etmədiyini bildirmişdi. İfaçı bioloji atası Yaşar olsa da, ona atalıq edən şəxsin Fazil Əmiraslanov olduğunu söyləyib.
İfaçının 2-ci evliliyi qızı Yağmurun atası ilə olub. Adı açıqlanmsa da, həmin bəyin Azərbaycanda çox tanınmış nəslin nəvəsi olduğu deyilir. Rəqsanə həmin bəylə qeyri-rəsmi yaşayıb və bu münasibətdən qızı Yağmur dünyaya gəlib. Müğənni müsahibələrinin birində keçmiş həyat yoldaşı haqqında belə açıqlama verib:
“Bu haqda heç vaxt açıqlama verməmişəm. Buna ehtiyac da yoxdur. Yağmurun dünyaya gəlməsi, atasının kimliyi, kimlərdəndir və s. heç vaxt danışmamışam. Övladlarımızın hamısının öz yeri var. Bu gün mənim dörd övladım var, üç qızım, bir oğlum. Yağmurun atasını elə bir vaxtda tanıdım ki, sadəcə, ona ehtiyacım var idi. Onu sevməmişəm, ondan ötrü ölməmişəm. Sadəcə, ona ehtiyacım vardı. Maddi vəziyyətim yaxşı deyildi. Deyim ki, məndən ötrü nələrsə edib, yox, yalan olar. O vaxt ilk müğənni idim ki, “Range Rover” sürürdüm. Birdən-birə dağın başından elə bil aşağı düşdüm. Həmin ərəfədə Yağmurun atası ilə tanış oldum. Hamilə qaldım və anam mənimlə dava etdi ki, bu uşağı dünyaya gətirsən, hamı sənə nə gəldi deyəcək. Amma dedim ki, nə olur-olsun o uşağı dünyaya gətirəcəyəm. O insan həmişə Yağmurun yanında olub”.
Rəqsanə İsmayılovanın 3-cü evliliyi iş adamı Fazil Əmiraslanovla olub. İfaçı həyat yoldaşı Fazil Əmiraslanovla 2011-ci ildə məclislərdən birindən tanış olduğunu bildirmişdi. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəlib. Fazil Əmiraslanov Rəqsanənin iki qız övladını (Aysun və Yağmur) da öz soyadına keçirib. Onların bu evlilikdə 2 övladı var. Oğlu Muhamməd Əli və qızı Mihrimah Sultan.
R.İsmayılova ilə evlilik biznesmenin ikinci nikahı olub. Onun ilk evliliyi 20 il çəkib və bu nikahdan iki övladı var.
Müsahibələrinin birində Rəqsanənin övladları daxil 6 uşağı olduğunu bildirən Fazil Əmiraslanov onların içində ən çox bağlandığı Rəqsanə ilə nikahlarından dünyaya gələn Mihrimah Sultan adlı qızları olduğunu deyib.
R.İsmayılovanın sonuncu nikahda olduğu F.Əmiraslanovun evlilikdən sonra öz qohum-əqrabası və yaxınlarından uzaqlaşdığı haqqında iddialar da var. Bildirilir ki, hər zaman qohum-əqraba ilə sıx münasibətdə olan F.Əmiraslanov bu evlilikdən sonra hər kəslə məsafəli davranıb. Eyni zamanda onun da müğənni kimi estetik prosedurlar etdiyi və saç əkdirdiyi deyilir.
Bundan əlavə Rəqsanənin ilk evliliyinin Aysunun atası ilə deyil, başqa bəylə olduğu haqqında da iddialar var. Əgər iddialar doğrudursa, belə çıxır ki, müğənni 4 dəfə ailə həyatı qurub və 4-də də uğursuz alınıb.
Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyir. O, noyabrın 19-da ev dustaqlığına buraxılıb.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Rəqsanə ərindən ayrıldığını açıqladı: “Fazillə hər şey bitib”,- VİDEO
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55