Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nüşabə əsəbiləşdi: "Hər kəs ərinin qarnıyla məşğul olsun"

Nüşabə əsəbiləşdi: "Hər kəs ərinin qarnıyla məşğul olsun"

Nüşabə əsəbiləşdi: 
2025-12-17 , 15:29

Nüşabə Musayeva sosial şəbəkədə etdiyi paylaşımda bədən görünüşü ilə bağlı tənqidlərə sərt münasibət bildirib.

O, paylaşımında kök olduğunu gizlətmədiyini və bunun onun üçün problem yaratmadığını vurğulayıb:
“Kilolu xanımam, təbii ki, sallaq qarnım olacaq. Bu, normaldır və məni narahat etmir, kompleks də yaratmır, sizə nə olub?! Sizin evinizdəki xanımların, ana-bacılarınızın hamısı incə bellidir? O qədər əməliyyatlı bədənə alışmısınız ki… Əməliyyat da edəndə bir dərd olur. Onda da deyirsiniz, “özünü yığdırıb”. Hər kəs öz evində ana-bacısının, arvadının, qızının, dədəsinin, qardaşının, ərinin qarnıyla məşğul olsun, mən belə xoşbəxtəm!” (Yeni Sabah)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.