Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Röyanın oğlu bu universitetə daxil oldu

Röyanın oğlu bu universitetə daxil oldu

Röyanın oğlu bu universitetə daxil oldu
2025-12-19 , 15:34

Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla bağlı sevindirici xəbəri ictimaiyyətlə bölüşüb.

Pop kraliça açıqlamasında Röya Ayxanın oğlu Hüseynin İngiltərədə universitetə qəbul olunduğunu bildirib.
A.Kazımova qeyd edib ki, Röya bu xoş xəbəri ona şəxsən zəng edərək çatdırıb və böyük sevinc yaşayıb.
Aygün Kazımova Röyanın sevincinə bir ana kimi şərik olduğunu vurğulayaraq, onun hisslərini çox yaxşı anladığını deyib. Xalq artisti əlavə edib ki, hər bir ana üçün övladının uğuru ən böyük qürur mənbəyidir və Röya artıq o günləri yaşayır.
Pop kraliça həmkarına daim sevinc dolu xəbərlər eşitməyi arzulayıb və bu uğurun gələcəkdə daha böyük nailiyyətlərin başlanğıcı olmasını diləyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.