Yenilik.Az
www.Yenilik.Az » Maqazin »   Eyyub yaqubov: "Azadlığı əxlaqsızlığa gətirib çıxardılar"

  Eyyub yaqubov: "Azadlığı əxlaqsızlığa gətirib çıxardılar"

  Eyyub yaqubov:
2025-12-23 , 14:27

"Ailədə təməl kişinin üzərində olmalıdır. Belə olanda gözəl olur. Kişi qadınını göz bəbəyi kimi qorumalıdır. Onun ən yaxın can dostu olmalıdır".


Yenilik.az xəbər verir ki, bu sözləri Xalq artisti Eyyub yaqubov "Zarafat bir yana" proqramında deyib. Müğənni qadın-kişi münasibətindən danışıb:

"Qadın da öz yerini biləndə gözəl harmoniya olur. Bu gün əfsuslar olsun ki, azadlıq adı altında balans pozulub. Aləm qarışıb bir-birinə. Bu da faciəyə gətirib çıxarır. Bu, proses dünyada gedir. Azadlıq bütün qanunlardan çıxmaq demək deyil. Azadlıq saflıq deməkdir. Azadlıq sevgiyə bağlıdır, amma bunu tam tərsinə əxlaqsızlığa gətirib çıxardırlar. Qadın ailənin zinnəti, dostu, yaraşığı olmalıdır. Kişi də ailənin üstündə olmalıdır".

Axşam.az 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.