Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Vəfa Şərifovadan etiraf: “Bu, bir qadın üçün utancvericidir” - VİDEO

Vəfa Şərifovadan etiraf: “Bu, bir qadın üçün utancvericidir” - VİDEO

Vəfa Şərifovadan etiraf: “Bu, bir qadın üçün utancvericidir” - VİDEO
2025-12-23 , 17:14

Müğənni Vəfa Şərifova övladlarının sənədlərini sosial şəbəkədə paylaşmasının səbəblərinə aydınlıq gətirib.

“Yeni Sabah”ın xəbərinə görə, o, “Tarixin bir günü” verilişində bildirib ki, bu addımı atmağa məcbur olub.
İfaçı deyib ki, bunu bir ana üçün son dərəcə utancverici hal sayır:
“Mən məcbur qalıb övladlarımın sənədini paylaşdım. Bu hərəkət bir ana, bir qadın üçün çox utancvericidir. Allah heç kəsi buna məcbur etməsin. Allah qarşımıza düşmənin də həyalısını, mərdini çıxarsın.
Bu, istənilən qadın üçün utancverici bir şeydir. Bəzən sosial verilişlərə baxırdım, bəziləri DNT analizi verirdi, o qadınların yerinə o qədər utanırdım ki... Məni bu vəziyyətlərə salanı Allaha tapşırmışam! Allah hər kəsin cəzasını verəcək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.