Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Böyük ad günü keçirənləri tənqid etdi: "Acından ölürsən?"

Böyük ad günü keçirənləri tənqid etdi: "Acından ölürsən?"

Böyük ad günü keçirənləri tənqid etdi: 
2026-01-08 , 13:41

"Ad günü etmirik. Bizdə qayda var, ad gününü evdə etməliyik. Bütün övladlarım bir araya gəlir, bişirir, hər şey edir. Gedim restoran tutum, beş adam yığım ki, gəlin, ad günümdü. Camaata toya çağrılanda belə pul tapmır. Niyə adamları çağırım? Deyəcəklər, acından ölürsən? Çağrılanda gedirəm".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Qonaqcanlı" verilişində deyib. Müğənni böyük ad günü edən sənət adamlarını sənqid edib. O bildirib ki, böyük məclis etməyi özünə yaraşdırmır:
"Nəvələrimə kiçik toy belə etmədim. Evdə məclis etdik, üç övladım öz arasında bölüşür, kirvə də özləridir. "Nəvəmə toy edirəm, gəlin" - mənə çatmır bunlar".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.